VAKANSİYA

06 Aprel

Biznesin inkişafı üzrə mütəxəssis - VAKANSİYA

"Sinteks Group of Companies" şirkəti biznesin inkişafı üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir.

Fins.az şirkətin vakansiya üzrə tələb və iş şəraitini təqdim edir.

Namizədlərin nəzərinə: Tələblərə diqqət yetirilməsini və CV-də müvafiq bilik və bacarıqların işarə edilməsini xahiş edirik.

Vəzifənin rolu:

Bu vəzifənin rolu tərəfdaşlarla ilkin ünsiyyəti qurmaq, kommersiya şərtlərini müzakirə etmək və müqavilələrin tamamlanmasına kimi olan bütün prosesləri icra etməkdir.

Vəzifə öhdəlikləri:

  • Verilən qrafik və prioritet əsasında layihələri planlaşdırır, tərəfdaşlarla ilkin ünsiyyət qurur və bu prosesi koordinasiya edir. 
  • Yeni imkanların təhlil edir, layihələrə dair iqtisadi və bazar araşdırmasını aparır.
  • Şirkətin mövcud biznesinin dəstək olunması və effektiv işgüzar ünsiyyəti saxlanılmasını təmin edir.

Təhsil:

  • İqtisadiyyat və ya Biznesin idarə edilməsi üzrə ali təhsil

Təcrübə:

  • Şirkətin biznesinin inkişafında, xüsusilə şirkətin biznes portfelinin genişlənməsində, şirkətin xidmət və ya məhsul bazarının payının artırılmasında, yeni satış kanallarının yaradılmasında, şirkətin biznes fəaliyyətinin diversifikasiyasında, yeni biznes bölmələrinin yaradılmasında, biznes-layihə rəhbərliyində ən azı 1 il təcrübəsi.

Professional biliklər:

  • Bazar araşdırması
  • Maliyyə proqnozları
  • Müqavilə şərtləri 
  • Layihənin idarə olunması
  • Biznesin idarə edilməsi
  • İngilis dili yüksək səviyyədə
  • MS Office Proqramları

Professional bacarıqlar və kompetensiyalar: 

  • Biznes ünsiyyət
  • Danışıq bacarıqları
  • Zamanın idarə edilməsi
  • Tədqiqat bacarıqları
  • Analitik düşüncə
  • Nəticə yönümlülük
  • Proaktiv düşüncə
  • Problem həll etmə

Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Biznesin İnkişafı üzrə Mütəxəssis” qeyd edərək elektron poçt ünvanına göndərə bilərlər.

E-poçt: [email protected]