VAKANSİYA

25 Yanvar

İctimaiyyətlə əlaqələr şöbə Rəhbərinin assistenti - VAKANSİYA

Dövlət qurumu İctimaiyyətlə əlaqələr şöbə Rəhbərinin assistenti vəzifəsinə vakansiya elan edir.

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Öhdəliklər:

  • Mətbuat və ictimai məlumat sorğularının cavablandırılması və ya müvafiq səlahiyyətli şəxsə yönləndirilməsi; 

  • Beynəlxalq və yerli tədbirləri təşkil etmək;

  • Kütləvi informasiya vasitələrinin (KİV) əhatə dairəsinin təsirinin təhlil edilməsi;

  • Kommunikasiya üçün nəzərdə tutulmuş nitqlərin, məqalələrin, press-relizlərin və digər sənədlərin hazırlanması;

  • Media qurumları ilə əlaqələrin formalaşdırılması və inkişaf etdirilməsi;

  • Mətbuat konfranslarının və müsahibələrin təşkil edilməsi;

  • Mətbuatın gündəlik izlənilməsi;

  • Kommunikasiya üçün nitqlərin yazılması və brifinq sənədlərinin hazırlanması;

  • PR mətnlərin KİV-də və sosial mediada yerləşdirilməsinə nəzarət olunması, media hesabatların hazırlanması.

Tələblər: 

  • AR vətəndaşlığı; 

  • 24-32 yaş; 

  •  Minimal iş təcrübəsi – 1-3 il; 

  •  Hərbi mükəlləfiyyət ; (Bəy namizədlər üçün mütləq tələb)

  • Yerli medianı yaxından tanımaq və daha öncə aktiv əməkdaşlıq etmək;

  • Analitik təhlil və proqnozlaşdırma qabiliyyəti;

  • Güclü kommunikasiya və təqdimat bacarığı;

  • Ali təhsil; 

  • Azərbaycan, rus və ingilis dillərində mükəmməl danışıq və yazı qabiliyyəti; 

  • Orfoqrafik yazı qaydalarını mükəmməl bilmək;

  • Səlis və aydın nitq, fikrini düzgün ifadəetmə qabiliyyəti;

  • Operativlik, dəqiqlik və yüksək icraçılıq bacarığı;

  • Kollektivdə çalışmaq qabiliyyəti.

*Əlavə dil bilikləri olan şəxslərə üstünlük verilir.

Əmək haqqı: 2000 AZN 

Tələblərə uyğun şəxslər CV formalarını elektron poçt ünvanına, mövzu hissəsinə “İctimaiyyətlə əlaqələr şöbəsi, şöbə rəhbərinin assistenti” yazaraq göndərə bilərlər.

Yalnız tələblərə cavab verən namizədlər ilə əlaqə saxlanılacaq. [email protected]