VAKANSİYA

23 Yanvar

Satış üzrə mütəxəssis - VAKANSİYA

Medialab satış üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir. 

Fins.az tələb və öhdəlikləri təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Marketinq xidmətlərinin (SMM, Rəqəmsal Marketinq, Peşəkar çəkilişlər, Bazar araşdırması, Biznes planlar və s.) biznes subyektlərinə satışının həyata keçirilməsi

  • Şirkətin xidmətləri haqqında təqdimat keçirilməsi

  • Şirkətin portfoliosunun genişləndirilməsi istiqamətində tədbirlər, potensial müştərilərin araşdırılması

  • Satışdan sonra müştərilərlə əlaqələrin saxlanılması

  • Rəhbərliyə müvafiq hesabatın verilməsi

Tələblər:

  • Tam orta və ya ali təhsil

  • MC office proqramlarında işləmək bacarığı

  • Satış texnikaları və növləri haqqında biliklər

  • Satış üzrə 1 il və daha artıq təcrübə

  • Xoş görünüş

  • Səlis nitq

  • Təqdimat bacarığı

  • Satış bacarıqları

  • Satış üzrə sertifikatların olması üstünlükdür

Şərtlər:

  • İş qrafiki: həftə içi 5 gün 09:00-17:00

  • Şənbə günü 10:00-14:00

  • Əmək haqqı: sınaq müddəti üçün 500 nett + satışdan yüksək bonuslar, sınaq müddətindən sonra namizədin bilik və bacarıqlarına əsasən artım.

  • 1 aylıq sınaq müddəti

  • Korporativ nömrə və nəqliyyat xərcləri şirkət tərəfindən ödənilir

Ofis 28 May metrosunun yaxınlığında yerləşir

Maraqlanan şəxslər müraciət anketlərini (CV) vəzifənin adını qeyd etməklə e-mail ünvanına göndərə bilərlər. [email protected]