VAKANSİYA

25 Dekabr

İrad zənglərinin qəbulu üzrə inzibatçı - VAKANSİYA

Kontakt Home İrad zənglərinin qəbulu üzrə inzibatçı vakansiyası elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Vəzifə öhdəlikləri:

  • Çağrı mərkəzinə daxil olan irad müraciətlərinin qəbul edilməsi, eyni zamanda digər sualların operativ cavablandırılması;

  • Qəbul olunan zənglərin sistemdə qeydiyyatının aparılması;

  • Zərurət olduğu halda geri dönüş zənglərinin edilməsi;

  • Müştərilərin irad və təkliflərinin dinlənilməsi və aidiyyatı üzrə yönləndirilməsi;

  • Hər ayın son iş günü mövcud olan problemlərlə bağlı hesabatın hazırlanması.

Tələblər:

  • Ali təhsil;

  • Səlis Azərbaycan və Rus dili biliyi;

  • Müştərilərlə ünsiyyət qurma bacarığı;

  • Səlis və aydın intonasiya ilə danışıq bacarığı;

  • Məsuliyyətlilik və inkişafa meyillilik;

  • Stresə davamlılıq;

  • Kollektivdə komanda ilə işləmə bacarığı.

İş şəraiti:

  • İş günləri: 5 iş günü, 2 gün istirahət;

  • İş saatı: 09:00-18:00 / 12:00-21:00.

Qeyd olunan tələblərə uyğun namizədlər aşağıdakı linkə daxil olaraq vakansiyaya müraciət edə bilərlər.

Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.