VAKANSİYA

25 Dekabr

İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi - VAKANSİYA

Xalq Bank İnformasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi (Sənədləşmə, Uyğunluq və Təhlükəsizlik Əməliyyatları Riski mütəxəssisi) üzrə vakansiya elan edir.

Fins.az vəzifə üzrə öhdəlik və tələbləri təqdim edir.

Təsvir:

  • Ümumi informasiya təhlükəsizliyi planının həyata keçirilməsində iştirak etmək;

  • İnformasiya təhlükəsizliyi üzrə siyasət, qayda və təlimatların hazırlanması və inkişaf etdirilməsi;

  • Bu sahəyə olan tələblərin, ölkə və beynəlxalq standartların (ISO 27001 və sair) izlənməsi və tətbiq edilməsi;

  • Layihələrdə informasiya təhlükəsizliyi tərəfindən iştirak və müvafiq görüşlərin keçirilməsi;

  • PCI DSS və digər mexanizmlərə uyğun informasiya təhlükəsizliyi üzrə nəzarətin həyata keçirilməsi, üsulların müəyyən edilməsi və yoxlanılması;

  • İnformasiya təhlükəsziliyi üzrə risk hesablamalarının aparılması üçün son texnologiyaları izləmə və tətbiq etmə;

  • Məlumat təsnifatının həyata keçirilməsi;

  • İnformasiya Təhlükəsizliyi təlimlərinin hazırlanması və təşkili.

Tələblər:

  • Ali təhsil;

  • Müvafiq sahədə 1 il iş təcrübəsi;

  • ISO27001 və PCI/DSS üzrə iş təcrübəsi;

  • Azərbaycan dilini mükəmməl səviyyədə bilmək;

  • Təlim keçmə bacarığının olması;

  • Sahə üzrə beynəlxalq və ölkə daxili tənzimləyici qanun və qaydalar haqqında məlumatlı olmaq;

  • Yüksək analitik düşünmə və problem həll etmə bacarığının olması;

  • Ünsiyyətcil və təşəbbüskar olmaq.

link