VAKANSİYA

11 Dekabr

"Landau School" işçi axtarır - VAKANSİYA

"Landau School" resepşn vəzifəsinə işçi axtarır.

Fins.az xəbər verir ki, təhsil müəssisəsi vakansiya ilə bağlı iş şəraitini və tələblərini açıqlayıb.

Vəzifə öhdəlikləri:

Məktəbə gələn qonaqların salamlanması və qarşılanması
Qonaqların müvafiq şöbəyə yönləndirilməsi
Ziyarətçilərin şəxsən aidiyyati şöbəyə müşayiət olunmasının təmin edilməsi
Ziyarətçilərin / zəng edənlərin ehtiyaclarının peşəkar şəkildə müəyyənləşdirilməsi
Qonaqlara telefon, e -məktub vasitəsilə və ya şəxsən məktəb haqqında düzgün və ətraflı məlumatın verilməsi
Saxlama, surətçıxarma və faks kimi kargüzarlıq vəzifələrinin yerinə yetirilməsi
Telefon zənglərinə vaxtında cavab verilməsi və sorğuların müvafiq şəkildə yönləndirilməsi
Cavabsız zənglərin dərhal cavablandırılması və məlumat verilməsi
Təsdiq edilmiş təlimatlara uyğun olaraq tədris korpusuna daxil olan və çıxan şagirdlərin hərəkətlərinin koordinasiya edilməsi

Tələblər:

Ali təhsil
Ən azı 1 il oxşar vəzifədə təcrübə
Qeydiyyatçı və ya ön-ofis nümayəndəsi kimi təcrübəyə malik olması üstünlükdür
MS Office bilikləri
İnzibati və kargüzarlıq prosedurları üzrə təcrübə üstünlükdür
Səlis Azərbaycan və Rus dili biliyi, İngilis dili biliyi arzu olunandır

Bacarıq və qabiliyyətlər:

Nəticəyə yönümlülük
Müştəri yönümlülük
Peşəkar yazılı və şifahi ünsiyyət bacarıqları
Eyni vaxtda bir neçə işin idarə olunması və zamanın düzgün dəyərləndirilməsi bacarıqları 

Biz nə təklif edirik:

AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
İş saatları: 08:00 - 17:00;
Landau School-da uşaqların təhsilində xüsusi endirimlər.

Fuad Mədətov
Fins.az