VAKANSİYA

11 Dekabr

“Atəşgah” Sığorta şirkəti VAKANSİYA elan edir

“Atəşgah” Sığorta şirkəti həyat sığortası üzrə müştərilərə xidmət şöbəsinin mütəxəssisi üzrə işçi axtarır.

Fins.az xəbər verir ki, şirkət vakansiya ilə bağlı iş şəraitini və tələblərini açıqlayıb.

Əsas vəzifə öhdəlikləri:

Mövcud müştərilərlə iş
Potensial müştərilərin axtarışını həyata keçirmək
Potensial müştərilər bazasını tərtib etmək
Potensial müştərilərlə görüşlərin keçirilməsində müstəqil şəkildə iştirak etmək, müştərilərin tələblərinə uyğun olaraq sığorta proqramlarının təşkil edilməsinə dair məsləhətlər vermək
Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
Şirkətin maraqları çərçivəsində müştərilərlə danışıqlar aparmaq və müştəriləri Şirkətlə əməkdaşlıq etməyə dəvət etmək
Birbaşa rəhbərin digər xidməti tapşırıqlarını yerinə yetirmək

İş şərtləri:

Əmək müqaviləsi bağlanılır
İş rejimi: I-IV günlər 09:00 - 18:00, V gün 09:00 - 17:00 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Əmək haqqı müsahibə əsnasında bildiriləcək

Biz sizə nə təklif edirik?

Karyera və inkişaf üçün əla fürsətlər
Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması
Əmək qanunvericiliyinə uyğun iş şəraiti
Müasir idarəetmə sistemi və mehriban kollektiv
Fəaliyyətə əsasən artan əmək haqqı

Namizədə tələblər:

Yaş: 20-35
Təhsil: Ali
İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində təcrübəyə üstünlük verilir
Dil bilikləri: Azərbaycan (əla), Rus (əla), əlavə olaraq Ingilis dili (arzuolunadır)

Şəxsi keyfiyyətlər:

Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı.

Fuad Mədətov
Fins.az