TURİZM

14 Yanvar

“Keşikçidağ” qoruğunu 2826 nəfər ziyarət edib

Finss.az - 2024-cü ildə Ağstafa rayonundakı “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğuna 2826 nəfər ziyarət edib.

Onlardan 2807-si yerli, 19-u isə əcnəbi turistlərdir.

Qoruqda 70 mağara, 2 məbəd, 150-dən çox kurqan tipi qəbir və bir çox digər tarixi abidələr mövcuddur.

2025-ci ildə qoruq, Qazaxıstanın bir neçə Dövlət tarix-mədəniyyət muzey-qoruqları ilə əməkdaşlıq edəcək və bir sıra tədbirlər təşkil edəcək.