TURİZM

14 Yanvar

Qəbələdə turizm 27,9% artıb

Finss.az - 2024-cü ildə Qəbələnin hotel və mehmanxana tipli müəssisələrinə 102 min 105 nəfər turist yerləşdirilib. Bu, əvvəlki illə müqayisədə 27,9 faiz artım deməkdir. Onlardan 39 min 137 nəfəri yerli, 62 min 968 nəfəri isə xarici turistlər olub.

Bu barədə Qəbələ Rayon Statistika İdarəsindən məlumat verilib.

Əcnəbi turistlər arasında Hindistan, Səudiyyə Ərəbistanı və BƏƏ vətəndaşları üstünlük təşkil edib. 2024-cü ildə Qəbələyə Hindistandan 27 min 846, Səudiyyə Ərəbistanından 11 min 916, BƏƏ-dən isə 6 min 671 turist gəlib.

Qəbələdə yerləşən 20 mehmanxanadan 17-si fəaliyyət göstərib və bir gecəlik qonaqlama qiyməti 39,5 manat təşkil edib. 943 nəfər turizm obyektlərində işləyib.