Finss.az - 2024-cü ilin ilk 11 ayında Azərbaycana 2 milyon 412 min əcnəbi vətəndaş səfər edib, bunun 1 milyon 709 mini isə turizm məqsədilə gələnlərdir.
Xarici turistlərin sayı əvvəlki ilə nisbətən 27% artıb. 2023-cü ildə isə ölkəyə 1 milyon 895 min turist gəlmişdi. Turistlərin ölkədə etdikləri xərclərin həcmi isə 3 milyard 137 milyon manat (1,85 milyard dollar) təşkil edərək, əvvəlki ilə müqayisədə 43% artıb. Ən çox turist Rusiya, Türkiyə, Hindistan, İran və Gürcüstandan gəlib. Hindistandan gələn turistlər isə Azərbaycanda ən yüksək xərcləri edib – 461,8 milyon manat.
Azərbaycan Mərkəzi Bankının məlumatına görə, bank kartları ilə 2024-cü ilin yanvar-noyabr ayları ərzində xarici turistlər 2,5 milyard manatlıq əməliyyatlar həyata keçirib. Bu göstərici 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37% artıb.