TURİZM

13 Yanvar

Yanvar ayı üzrə uçuş qiymətləri

Finss.az - Bu ay Bakıdan xaricə birbaşa aviareyslərin ən yüksək orta qiyməti Pakistanın paytaxtı İslamabad istiqamətində qeydə alınıb.

Dövlət Turizm Agentliyinin hesabatına əsasən, Azərbaycan paytaxtından İslamabada birbaşa uçuş 356,2 avroya başa gəlib. Tranzit uçuşlar isə bu istiqamətdə qeydə alınmayıb. Bu qiymət, ötən ilin eyni ayı ilə müqayisədə 25,4 % artıb.

İkinci yeri İtaliyanın Milan şəhəri tutub, burada birbaşa uçuşun qiyməti 261 avro təşkil edib (+18,6 %). Tranzit uçuşu bu istiqamətdə qeydə alınmayıb.

Hindistanın paytaxtı Dehli isə 206,1 avro ilə üçüncü sıradadır. Bu şəhərə də tranzit uçuşu qeydə alınmayıb.

Tranzit uçuşlarda ən yüksək qiymət Frankfurt istiqamətində qeydə alınıb

Yanvarda Bakıdan tranzit aviareyslərin ən yüksək orta qiyməti Almaniyanın Frankfurt şəhəri istiqamətində qeydə alınıb. Bu qiymət 1 220,6 avro olub, ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 % azalmışdır. Frankfurtdan sonra ABŞ-nin Nyu-York şəhəri 532,9 avro ilə ikinci yeri tutub, Çin paytaxtı Pekin isə 379 avro ilə üçüncü olub.

Rusiya, Türkiyə, BƏƏ və Gürcüstana uçuşların qiymətləri

Bu ay Rusiya, Türkiyə, BƏƏ və Gürcüstana da birbaşa və tranzit uçuşların qiymətləri açıqlanıb. Rusiyaya birbaşa aviareyslərdə ən yüksək orta qiymət 195,7 avro ilə Novosibirsk şəhərinə olub (-39 %). Türkiyəyə isə ən yüksək qiymət İzmir istiqamətində 80,7 avro olub (-8,2 %).

BƏƏ-yə ən yüksək qiymət 121,6 avro ilə Dubaya olub (-46,4 %), Gürcüstana isə birbaşa uçuş qiyməti 73,1 avro təşkil edib (+2,6 %).