TURİZM

16 Avqust

Bu ilin yeddi ayında Azərbaycandan xarici ölkələrə gedən turistlərin sayı 23,1% artıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycandan xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 23,1% artaraq 1 milyon 223 min nəfərə çatıb.

Bu barədə Finss.az-a Dövlət Statistika Komitəsi məlumat verib.

Məlumata əsasən, İrana gedən Azərbaycan vətəndaşlarının sayı 37,8%, Türkiyəyə gedənlərin sayı 19,3%, Rusiya Federasiyasına gedənlərin sayı 16,2%, Gürcüstana gedənlərin sayı isə 15,9% artım göstərib. Ümumilikdə, Azərbaycan vətəndaşlarının 41,2%-i (503 876 nəfər) Türkiyəyə, 21,4%-i (261 722 nəfər) Rusiya Federasiyasına, 8,7%-i (106 401 nəfər) Gürcüstana, 8,6%-i (105 178 nəfər) isə İrana səfər edib. Qalan 20,1% (245 823 nəfər) digər ölkələrə səfər edib. Gedənlərin 65%-ni kişilər, 35%-ni isə qadınlar təşkil edib.

Xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,9%-i hava nəqliyyatı, 28,9%-i dəmir yolu və avtomobil, 2,2%-i isə dəniz nəqliyyatından istifadə edib.

Fuad Mədətov
Finss.az