TURİZM

16 Avqust

Bu ilin yeddi ayında Azərbaycana gələn turistlərin sayı 31,4% artıb

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycan Respublikasına dünyanın 182 ölkəsindən 1 milyon 502,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs səfər edib. Bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 31,4% çoxdur.

Dövlət Statistika Komitəsinin Finss.az-a verdiyi məlumata görə, gələnlərin 29,2%-i Rusiya Federasiyası, 16,5%-i Türkiyə, 9,3%-i Hindistan, 8,3%-i İran, 4,2%-i Səudiyyə Ərəbistanı, 4,0%-i Gürcüstan, 3,2%-i Qazaxıstan, 2,7%-i Pakistan, hər birindən 1,7% olmaqla Özbəkistan və Birləşmiş Ərəb Əmirliklərindən, 1,5%-i Çin, hər birindən 1,3% olmaqla Ukrayna və Küveyt, 1,2%-i Türkmənistan, hər birindən 1,1% olmaqla İsrail və Oman, 1,0%-i Belarus, 10,7%-i isə digər ölkələrin vətəndaşlarıdır. Səfər edənlərin 67,1%-i kişilər, 32,9%-i isə qadınlar olub.

Hindistandan gələnlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,5 dəfə, Cənubi Koreyadan 2,3 dəfə, Çindən 2,1 dəfə, İspaniyadan 1,8 dəfə, Qazaxıstandan 1,8 dəfə, Qırğızıstandan 1,7 dəfə, Filippindən 1,6 dəfə, Pakistandan 1,5 dəfə, İordaniyadan 49,7%, Omandan 47,0%, İrandan 46,5%, Səudiyyə Ərəbistanından 42,8%, İtaliyadan 38,7%, Yəməndən 35,9%, Türkmənistandan 33,0%, Polşadan 31,8%, Küveytdən 29,3%, Misirdən 29,2%, Özbəkistandan 25,6%, ABŞ-dan 21,9%, Ukraynadan 20,5%, Türkiyədən 19,6%, Almaniyadan 19,3%, Tacikistandan 17,8%, Rusiya Federasiyasından 16,9%, Bəhreyndən 14,3%, Fransadan 13,5%, Gürcüstandan 11,8%, Birləşmiş Ərəb Əmirliklərindən 7,5% artım göstərib.

2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 39,6% artaraq 258,8 min nəfərə, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 28,0% artaraq 57,1 min nəfərə, MDB ölkələrindən gələnlərin sayı isə 20,5% artaraq 576,1 min nəfərə çatıb.

Fuad Mədətov
Finss.az