TURİZM

10 İyun

İstanbulu 2024-cü ilin ilk dörd ayında beş milyondan çox turist ziyarət edib

2024-cü ilin ilk 4 ayında İstanbula gələn xarici turistlərin sayı keçən ilin eyni dövrü ilə müqayisədə 10 faiz artaraq 5 milyon 244 min 936 nəfərə çatıb.

Fins.az xəbər verir ki, bu dövr ərzində İstanbula ən çox turist göndərən ölkələr Rusiya, Almaniya, İran, ABŞ, Fransa, İngiltərə və Səudiyyə Ərəbistanı olub.