TURİZM

19 Fevral

“Hilton” başqa bir şəhərdə də tikiləcək

2017-ci ildə Boluda 150 otaqlı Hampton By Hilton otelinin açılışını edən Çarıkcı Qrupu başqa bir şəhərdə Hilton tikəcək.

Fins.az xəbər verir ki, Düzce Bələdiyyə Başçısı və AKP Düzce Bələdiyyə Başçı Namizədi Dr. Faruk Özlü Düzce Biznesmen və Sənətkarlar Odaları Birliyinə (DESOB) bağlı palataların nümayəndələri və üzvləri ilə görüşüb. Burada çıxış edən Özlü, Düzcedə 120 otaqlı Hilton Oteli və böyük iclas zalı tikiləcəyi ilə bağlı şad xəbəri də paylaşıb.

Özlü deyib: “Hilton Bolu-nun sahibi Necip Çarıkcıdan Düzcedə otel tikməyi xahiş etdim. Mən hətta bələdiyyəyə bu sərmayənin qoyulacağı yerləri göstərdim, amma bu onun xoşuna gəlmədi. O, Bahçeşehir əlaqə yolunda 8,5 dekar sahə alıb. Bu axşam sizə müjdə verim, Hilton Düzceyə gəlir. Necip Çarıkçı Düzcedə Boludakı kimi Hilton tikəcək. 120 otaqlı otel olacaq və böyük zalı olacaq. Hiltonun Düzceyə gəlməsi Düzcenin prestijini artırmaq deməkdir" dedi.

Günel Məlikzadə
Fins.az