TURİZM

15 Fevral

THY-dən iki günlük ucuz bilet kampaniyası!

Türk Hava Yolları yeni ucuz bilet kampaniyasını elan edib. Bildirilib ki, sözügedən kampaniya Türk Hava Yollarının İstanbul Hava Limanından qalxan və ya gələn bir tərəfli biletlər üçün keçərlidir.

Fins.az xəbər verir ki, 15-16 fevral tarixlərində alınan biletlər 1 mart-4 aprel tarixləri arasında 799 TL-dən başlayan səyahət imkanı verəcək.

Bildirilib ki, kampaniya Türk Hava Yollarının İstanbul Hava Limanından qalxan və ya oradan gələn daxili, birtərəfli, birbaşa, ekonom sinif reyslərində keçərlidir.

Bildirilib ki, kampaniya yalnız Türk Hava Yolları tərəfindən həyata keçirilən müntəzəm uçuşlarda keçərlidir.

Sözügedən qiymətə KKTC Ercan Hava Limanına uçuşların daxil edilməyəcəyi bildirildi.

Günel Məlikzadə
Fins.az