TURİZM

24 Yanvar

THY-nin daxili uçuşlarında limitsiz internet xidməti başlayıb

Türk Hava Yollarının (THY) baş direktoru Bilal EKŞİ X-də daxili uçuşlarla bağlı mühüm açıqlamalar verib. Ekşi və THY-nin sosial mediada verdiyi açıqlamaya görə, internetdən istifadə artıq daxili uçuşlarda da olacaq.

Fins.az xəbər verir ki, THY-nin baş direktoru Bilal Ekşi, X-də etdiyi açıqlama ilə daxili uçuşlarda internet xidməti təqdim etməyə başladıqlarını açıqladı. Ekşi sosial media hesabındakı paylaşımında “ Sizə daxili uçuşlarda internet təklif etməkdən məmnunuq" dedi.

Uçuş zamanı internet xidməti almaq istəyən THY sərnişinləri 150 lirəyə limitsiz mesajlaşma paketini, 350 lirəyə isə limitsiz internet paketini ala biləcəklər.

Türk Hava Yolları Business Class sərnişinlərinə və MilesSmiles proqramının üzvlərinə pulsuz internet xidməti təklif edir. Üzv olmayan sərnişinlər uçuşdan əvvəl və ya uçuş zamanı internetə giriş səhifəsindəki forma vasitəsilə MilesSmiles proqramına yazıla bilərlər.

Günel Məlikzadə
Fins.az