TURİZM

22 Yanvar

Hindistanda mübahisəli məbəd açılıb

Hindistanda 32 il əvvəl millətçilər tərəfindən dağıdılan Babri məscidinin yerinə tikilən məbədin açılışı olub. Hindistanın baş naziri Narendra Modinin keçirdiyi açılış mərasimində siyasətçilər və aktyorlar da daxil olmaqla minlərlə insan iştirak edib.

Fins.az xəbər verir ki, Hindistanın baş naziri Narendra Modi Ayodhya şəhərində hindu millətçiləri tərəfindən 1992-ci ildə dağıdılan Babri məscidinin yerində tikilmiş “Ram Janmabhoomi Mandir” məbədinin açılışını edib.

Modi Ayodha şəhərində keçirilən mərasimə ənənəvi geyimində qatıldığı halda, mərasimdə siyasətçilər və kino ulduzları da daxil olmaqla təxminən 7 min insan iştirak edib.

Məbədin açılışı ilə əlaqədar Ayodhya şəhərinin yerləşdiyi Uttar Pradeş ştatında “ümumi bayram” elan edilib.

Ölkənin paytaxtı Yeni Dehlidə dövlət məktəbləri bağlanıb, dövlət qulluqçularına yarım günlük məzuniyyət verilib.

Günel Məlikzadə
Fins.az