TURİZM

22 Yanvar

FAA-dan başqa bir Boeing modeli üçün xəbərdarlıq

Alyaska Hava Yollarına məxsus Boeing 737 MAX 9 tipli sərnişin təyyarəsinin uçuş zamanı təcili çıxış qapısı qırıldıqdan sonra oxşar konfiqurasiyaya malik bir çox təyyarə uçuşdan çıxarılaraq yerə endirilib. ABŞ Federal Aviasiya İdarəsi (FAA) həmçinin Boeing-in 737-900 ER tipli təyyarələrinin yoxlanılmasını tövsiyə edib. FAA-nın verdiyi açıqlamada, 737-900 ER tipli təyyarələrin eyni qapı qapağı dizaynına sahib olduğu qeyd edilib.

Fins.az xəbər verir ki, Boeing 737 MAX 9 tipli sərnişin təyyarəsinin qanadlı tipli qapısı havada qırıldıqdan sonra ABŞ Federal Aviasiya İdarəsi (FAA) aviaşirkətlərə eyni qapı dizaynlı Boeing 737-900ER təyyarələrini yoxlamağı tövsiyə edib. "Federal Aviasiya Administrasiyası (FAA) Boeing 737-900ER təyyarələrinin operatorlarına qapının lazımi şəkildə bərkidilməsini təmin etmək üçün mərkəzi çıxış qapılarının qapaqlarını vizual olaraq yoxlamağı tövsiyə edir. Boeing 737-900ER MAX donanmasına aid deyil, lakin eyni qapı qapağı dizaynına malikdir" bəyanata daxil edilib.

Günel Məlikzadə
Fins.az