Portuqaliya çimərliklərində musiqi ifasına görə turistlərə 36 min avro cərimə xəbərdarlığı edilib.
Fins.az xəbər verir ki, bu ilin əvvəlində Portuqaliyada çimərlik ziyarətçiləri musiqilərini çox yüksək səslə ifa etdiklərinə görə 36.000 avroya qədər cərimələnə biləcəkləri barədə xəbərdarlıq etmişdilər
Yerli əhalini və turistləri narahat edən yüksək səslə melodiyalar səsləndirən portativ dinamiklər ölkənin Milli Dəniz İdarəsi (AMN) tərəfindən qadağan edilib.
AMN-nin çimərlik fərmanı həmçinin təyin olunmuş ərazilərdən kənarda top oyunları oynamağı, düşərgələrdən kənarda düşərgə qurmağı və yanğınlar yandırmağı qadağan edir.
Günel Məlikzadə
Fins.az