Bosniya və Herseqovinanın Mostar şəhərində 1566-cı ildə Memar Sinanın tələbəsi Memar Hayrəddin tərəfindən inşa edilən və Neretva üzərində "Osmanlı boyunbağı" kimi uzanan Mostar körpüsü bölgədə turistlərin ən çox ziyarət etdiyi yerlər sırasındadır.
Fins.az xəbər verir ki, Bosniya və Herseqovina müharibəsi zamanı Xorvatların artilleriya atəşi ilə dağıdılan və Türkiyənin də daxil olduğu bəzi ölkələrin və beynəlxalq təşkilatların dəstəyi ilə orijinal halında yenidən inşa edilən Mostar körpüsü “sivilizasiyaları birləşdirmək” missiyasını davam etdirir.
Günel Məlikzadə
Fins.az