Finss.az - Edith Cowan Universitetinin alimləri insanın fiziki hazırlığı ilə xərçəngdən sağ qalma şansları arasında əlaqəni araşdırıblar.
Araşdırmanın nəticələri British Journal of Sports Medicine elmi jurnalında dərc olunub.
Tədqiqat çərçivəsində təxminən 47 000 xərçəng xəstəsinin məlumatları təhlil edilib. Əldə olunan nəticələrə əsasən, əzələ gücü və kardiorespirator dözümlülük ölüm riskini əhəmiyyətli dərəcədə azaldır.
Fiziki cəhətdən güclü insanlarda xərçəng diaqnozundan sonra sağ qalma ehtimalı zəif əzələli və aşağı dözümlülüyə malik şəxslərə nisbətən 31-46% daha yüksək olub.
Təcrübələr göstərib ki, bədən tərbiyəsinin qoruyucu təsiri hətta xərçəngin üçüncü və dördüncü mərhələsində belə öz təsirini saxlayır. Bu halda ölüm riski 8-46% arasında azalır.
Tədqiqatçılar bildiriblər ki, əzələ gücü xərçəng xəstələrinin ölüm riskinin qiymətləndirilməsində klinik praktikaya daxil edilə bilər və sağqalma ehtimalını artırmaq üçün əzələ gücləndirici məşqlərin tövsiyə olunması vacibdir.
Zemfira Ms
Finss.az