Finss.az - Florida Universiteti və Sent-Luisdəki Vaşinqton Universitetinin alimləri əzələ yorğunluğu ilə neyroiltihab arasında əlaqə aşkar ediblər.
"The Conversation" portalının məlumatına görə, araşdırma meyvə milçəkləri və siçanlar üzərində aparılıb.
Nəticələrə əsasən, beyin iltihabı sitokinlərin ifrazını artıraraq əzələlərdəki mitoxondrilərin fəaliyyətini pozur, bu da enerjinin azalması və yorğunluğa səbəb olur.
Mütəxəssislər sitokinlərin neytrallaşdırılması üçün antikorlar üzərində çalışırlar. Bu yanaşmanın xroniki yorğunluqdan əziyyət çəkən milyonlarla insan üçün yeni müalicə perspektivləri yaratması gözlənilir.
Zemfira Ms
Finss.az