Tibb

27 Yanvar

Quş qripi xəstəliyinə qarşı monitorinq keçiriləcək

Finss.az - Fevralın 10-14-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq həyata keçirəcək.

Monitorinq çərçivəsində su-bataqlıq və dənizsahili zonalarda vəhşi quşlara baxış keçiriləcək, xəstəlik törədicisinin müəyyən edilməsi üçün nümunələr götürüləcək. Eyni zamanda, quşçuluq təsərrüfatlarında və ailə təsərrüfatlarında saxlanılan ev quşlarından da diaqnostik nümunələr toplanacaq.

Bununla yanaşı, müəssisələrdə və təsərrüfatlarda baytarlıq norma və qaydalarına əməl olunması ilə bağlı maarifləndirmə tədbirləri görüləcək. Götürülən nümunələr üzərində müvafiq müayinələr aparılacaq.

Zemfira Ms
Finss.az