Finss.az - TƏBİB-in tabeliyindəki tibbi müəssisələrdə 2024-cü ildə ümumilikdə 24 milyon 63 min 849 müraciət qeydə alınıb. Bu müraciətlərin 588 min 431-i stasionar, 23 milyon 475 min 418-i isə ambulator xidmətlərdən ibarət olub. Müraciətlərin ümumi sayı 2022-ci illə müqayisədə 23 %, 2023-cü illə müqayisədə isə 10 % artıb.
2024-cü ildə 82 milyon 426 min 768 tibbi xidmət göstərilib ki, bu da əvvəlki illərlə müqayisədə əhəmiyyətli artım deməkdir. Laborator müayinələr 33 milyon 343 min 857-ə çatıb və əvvəlki illərlə müqayisədə ciddi artım (2022-ci ilə nisbətən 112 %, 2023-cü ilə nisbətən 31 %) müşahidə olunub.
Cərrahi əməliyyatların və prosedurların sayı da artaraq 375 min 520-ə çatıb. Bu göstərici 2022-ci ilə nisbətən 16 %, 2023-cü ilə nisbətən isə 9 % artım olduğunu göstərir.
Zemfira Ms
Finss.az