Tibb

23 Yanvar

Səhiyyə Nazirliyindən xəbərdarlıq: Meymunçiçəyinə yoluxduğunuz zaman antibiotik istifadə etməyin

Finss.az - Meymunçiçəyi virusuna yoluxma halında antibiotiklərdən istifadə olunmamalıdır.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Zakir Quliyev virusla bağlı danışarkən bildirib.

Onun sözlərinə görə, antibiotiklərdən istifadə yalnız virusa yoluxmada hədsiz ağırlaşma halı baş versə, həkim məsləhəti ilə tətbiq oluna bilər:

“Meymunçiçəyi virus mənşəli xəstəlik olduğu üçün onun müalicəsində antibiotik istifadə olunmamalıdır. Çünki antibiotikdən istifadə sağalma müddətini gecikdirə bilər. Xəstənin ağırlaşma halında tətbiq olunsa belə, bu təkcə həkim göstərişi ilə edilməlidir.”

Zemfira Ms
Finss.az