Azərbaycanda metadonla əvəzedici müalicə proqramı üzrə 849 nəfər müalicə alır.
Finss.az xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2024-cü ilin yanvar-noyabr aylarının yekununa dair məlumatda qeyd olunub.
Məlumata görə, müalicə alan şəxslərdən 328-i Respublika Narkoloji Mərkəzində, 378-i QİÇS-lə Mübarizə Mərkəzində, 143-ü isə Sumqayıt Narkoloji Mərkəzində qeydiyyatdadır.
QİÇS-lə Mübarizə Mərkəzinin verdiyi məlumata əsasən, ölkədə narkomanların İnsanın İmmunçatışmazlığı Virusuna (İİV) yoluxma hallarının sayı azalmaqdadır. 2024-cü ilin noyabr ayının sonuna qədər İİV-ə yoluxmuş Azərbaycan vətəndaşları arasında 70 nəfəri (6,6%) inyekson narkotik istifadəçiləri olub.