Tibb

18 Oktyabr

Yarasaların koronavirusa qarşı müdafiə mexanizmi aşkarlanıb

ABŞ-dan olan alimlər qrupu yarasaların SARS-CoV-2 virusuna qarşı dayanıqlı olmasının səbəbini aşkar edib.

Finss xəbər verir ki, araşdırmalar göstərib ki, yarasa hüceyrələrində virus çoxalsa da, yoluxucu virus hissəcikləri yaranmır və güclü iltihab reaksiyası baş vermir.

Yarasalarda xüsusi antiviral genlər əvvəlcədən aktivdir və interferon adlı zülalları istehsal edərək immun cavabı sürətləndirir. Bu, onların koronavirus və Ebola kimi virusları zərərsiz ötürməsinə imkan verir. Lakin bu mexanizm hər virusa qarşı təsirli deyil, məsələn, Zika virusu yarasalara zərər verə bilir.