TENDER

19 Avqust

Qəsəbədaxili çınqıl yolun və asfalt yolun təmiri işlərinin satınalınması - TENDER

Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Mənzil İstismar Departamenti Bakı şəhəri, Biləsuvar, Şabran, Füzuli və Göygöl rayonları ərazisində salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin, mənzillərin, qəsəbədaxili çınqıl yolun və asfalt yolun təmiri işlərinin satınalınması üzrə tender elan edir.

Finss.az xəbər verir ki, iştirak haqqı 450 manatdır və təchizatçılar təklifləri təqdim etmək üçün istifadə haqqı və iştirak haqqı ödəməlidirlər. Təchizatçıların sayının üçdən az olmasına görə satınalmanın baş tutmadığı hallar istisna olmaqla, iştirak haqqı heç bir halda geri qaytarılmır.

İstifadə haqqı 25 manatdır və təchizatçılar tərəfindən satınalmalarda əlaqəli sənədləri görmək üçün istifadə haqqı ödənilir. İstifadə haqqı bir satınalmada iştirak etmək və ya müddətli abunəlik seçmək ilə ödənilə bilər. Ödənilmiş istifadə haqqı heç bir halda geri qaytarılmır.

Satınalan təşkilatın VÖEN-i: 1300390531
Satınalan təşkilatın ünvanı: Bakı şəhəri Yasamal rayonu Tbilisi prospekti 129
Ehtimal olunan qiymət: 799.850,94 AZN

Ətraflı məlumat üçün keçiddən istifadə edin.

Fuad Mədətov
Finss.az