SOSİUM

04 Fevral

Bizneslə məşğul əlilliyi olan şəxslərə vergi sadələşdirməsi təsdiqlənib

Finss.az - Azərbaycanda əlilliyi olan şəxslərə tətbiq ediləcək yeni güzəştlər Milli Məclisin yaz sessiyasında ilk oxunuşda təsdiqlənib.

İclasda “Sosial sığorta haqqında” qanuna və Vergi Məcəlləsinə təklif olunan dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.

Layihəyə əsasən:

  • Əl işlərinin satışından əldə olunan gəlirdən ödəmə mənbəyində 2 faiz vergi tutulacaq.
  • Əl işlərinin satışının həyata keçirilməsi üçün xüsusi elektron portal yaradılacaq və əlilliyi olan şəxslər burada qeydiyyatdan keçəcəklər.
  • Satış gəlirləri vergilər çıxıldıqdan sonra həmin şəxslərin bank hesabına köçürüləcək.
  • Portalda qeydiyyatdan keçən əlilliyi olan şəxslər vergi qeydiyyatı, vergi hesablama və hesabat təqdim etmə kimi proseslərdən azad ediləcəklər. Bütün bu əməliyyatlar elektron qaydada onların əvəzinə həyata keçiriləcək.
  • Əl işlərinin satışından əldə olunan gəlirlər məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid ediləcək.

Qanun layihəsi müzakirələrdən sonra birinci oxunuşda qəbul edilib.

Zemfira Ms
Finss.az