SOSİUM

24 Yanvar

Naxçıvan Dövlət Universitetində maaş artımı

Finss.az -  Naxçıvan Dövlət Universitetinin əməkdaşlarının aylıq vəzifə maaşları orta hesabla 15% artırılıb.

Müvafiq qərar artıq imzalanıb. Qərara əsasən, universitetin dekan və dekan müavinlərinin aylıq maaşlarına 30%-ə qədər əlavə edilib. Kafedra müdirlərinin isə akademik və keyfiyyət meyarlarına əsasən qiymətləndirilməsinə və dərs yükünə görə maaşları 20%-ə qədər artırılıb.

Ən böyük artım isə Tibb fakültəsinin professor-müəllim heyətinə verilib. Onların aylıq maaşlarına 40%-ə qədər əlavə olunub.

Bundan əlavə, ingilis dilində tədris edilən ixtisaslarda çalışan professor-müəllim heyətinin maaşları isə 90%-ə qədər artıb.