SOSİUM

24 Yanvar

Azad edilmiş ərazilərdə dəmiryolu infrastrukturunun təkmilləşdirilməsi davam edir

Finss.az - “Azərbaycan Dəmir Yolları” QSC (ADY) azad edilmiş ərazilərdə dəmir yolu infrastrukturunun bərpası və inkişafı istiqamətində mühüm layihələr həyata keçirir.

ADY-nin verdiyi məlumata görə, bu layihələr həm də işçi qatarlarının cəlb edilməsi ilə əlaqəli işlərin aparılmasını təmin edir.

İlk növbədə, 2021-ci ildə Prezident İlham Əliyev tərəfindən Horadiz–Ağbənd dəmir yolu xəttinin təməli qoyulub. Hazırda bu xətt üzrə tikinti işlərinin 60 faizi tamamlanıb.

Eyni ildə Bərdə–Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisinə də başlanılıb, bu işlərin 94%-i tamamlanıb.

Bərdə–Ağdam xəttinin birinci mərhələsi üzrə Bərdə, Köçərli və Təzəkənd stansiyalarının tikintisi başa çatdırılıb, ikinci mərhələdə isə Ağdam dəmiryol və avtovağzal kompleksində tikinti işləri davam edir.

Həmçinin, Ağdam–Xankəndi yolunun bərpası üçün layihələndirmə işlərinə başlanılıb. 

Zemfira Ms
Finss.az