Finss.az - Bu ilin yanvar ayının 1-dən başlayaraq, Azərbaycanda minimum əmək haqqının artması ilə əlaqədar olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olan vətəndaşların ödədiyi sosial haqqların məbləğində dəyişikliklər olub.
Milli Məclisin deputatı, iqtisadçı Vüqar Bayramov sosial media hesabında qeyd edib ki, əhalinin sosial təminatının gücləndirilməsi məqsədilə minimum əmək haqqının mütəmadi olaraq artırılması nəzərə alınaraq sahibkarlar üçün daha məqsədəuyğun differensial sosial haqqlar müəyyənləşdirilməlidir.
Yeni sosial sığorta ödənişləri bölgələrə və sahələrə görə fərqlənir:
- Bakı şəhəri: Tikinti 200 manat, digər sahələr 100 manat
- Sumqayıt və Gəncə: Tikinti 180 manat, digər sahələr 90 manat
- Digər şəhərlər: Tikinti 160 manat, digər sahələr 80 manat
- Rayon mərkəzləri və qəsəbələr: Tikinti 120 manat, digər sahələr 60 manat
- Kənd yerləri: Tikinti 100 manat, digər sahələr 50 manat
Bayramov, sosial haqqların sahibkarların gəlirlərinə uyğunlaşdırılmasının vacibliyini vurğulayıb. Bu dəyişikliklər, daha az gəlir əldə edən sahibkarların daha az artımla sosial sığorta ödənişi etmələrini təmin edəcək.
Zemfira Ms
Finss.az