Finss.az - Yanvarın 23-dən etibarən "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən Keşlə 2-ci blokpost – Əhmədli sahəsində istismar müddətini tamamlamış dəmir yollarının əsaslı təmiri işlərinə başlanılıb.
Bu barədə "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Məlumata görə, 825 poqonometr uzunluğunda dəmir yolunun təmiri üzrə işlərin qısa müddətdə başa çatdırılması planlaşdırılır. Bu sahədə həyata keçirilən təmir işləri, xüsusilə yük daşımalarının təhlükəsizliyi və effektivliyinin təmin olunması baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu dəmir yolu ölkənin yükdaşıma şəbəkəsində strateji rol oynayır və təmir işləri tamamlandıqdan sonra logistika əməliyyatlarının daha dayanıqlı və səmərəli şəkildə həyata keçirilməsinə imkan yaradacaq.
Zemfira Ms
Finss.az