Finss.az - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında Mənzil Məcəlləsinə yeni maddənin əlavə edilməsi təklif olunub.
Bu dəyişiklik, dövlət mənzil fondundan sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmək istəyən vətəndaşlarla bağlı prosedurların dəqiqləşdirilməsini nəzərdə tutur.
Təklifə əsasən, vətəndaşlar yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan şəxs qismində uçota alına bilərlər. Qanunvericilikdə müəyyən edilmiş kateqoriyalara aid digər şəxslər də bu şərtlər daxilində dövlət mənzil fondundan sosial kirayə əsasında yaşayış sahəsi əldə etmək hüququna malikdirlər.
Zemfira Ms
Finss.az