Finss.az - Ağdam şəhərinin 4 nömrəli yaşayış massivindəki binaların tikintisi sürətlə davam edir.
1-dən 6-cı məhəllələrə qədər olan çoxfunksiyalı orta mərtəbəli yaşayış binalarının inşasına başlanıb.
Bərpa, Tikinti və İdarəetmə Xidməti, Ağdam, Füzuli və Xocavənd rayonlarında həyata keçirilən layihələrin ümumi dəyərinin 107,2 milyon manat olacağını proqnozlaşdırıb.