Finss.az - Dövlət Statistika Komitəsinin məlumatına görə ötən il Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılar tərəfindən avtomobil benzini və dizel yanacağına 3 milyard 423,1 milyon manat xərclənib.
Bu rəqəm 2023-cü ilin göstəricisindən 5,5% daha yüksəkdir. Azərbaycanda neft məhsulları Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal olunur və zavod ölkənin neft məhsullarına olan tələbatını tam ödəyir.