SOSİUM

16 Yanvar

Azərbaycanda 2025-ci il üçün payızlıq bitkilərin səpini tamamlanır

Fnss.az - Dövlət Statistika Komitəsinin məlumatına görə 2025-ci ilin məhsulu üçün Azərbaycanda payızlıq bitkilərin səpini başa çatmaq üzrədir.

Cari ilin yanvar ayının 1-i vəziyyətinə görə, 941,7 min hektar sahədə payızlıq bitkilər səpilib, bunun 99,0 faizi dən üçün, 932,2 min hektarı isə buğda, arpa və çovdar bitkilərinə aiddir.

Ən çox buğda və arpa sahələri Cəlilabad, Şamaxı, Füzuli, Hacıqabul, Şəki, Ağcabədi, İsmayıllı və Qobustan rayonlarında yerləşir.

Ötən ilin eyni dövrü ilə müqayisədə dən üçün payızlıq bitkilərin səpin sahəsi 8,2 faiz azalıb, amma arpanın səpin sahəsi 2,3 faiz artıb.