Finss.az - Göyçay rayonu, Çayarxı kəndindəki alkoqolsuz içkilər emalı müəssisəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aparılan yoxlamada ciddi qanun pozuntuları aşkar edilib.
Müəssisədə sanitar-texniki vəziyyətin qənaətbəxş olmadığı, həmçinin qida təhlükəsizliyi tələblərinə əməl olunmadığı müəyyən edilib.
Yoxlama zamanı istehsalda kustar üsullarla boş butulkaların istifadəsi, içkilərin laborator müayinələrdən keçirilməməsi və etiket məlumatlarında yanlış məlumat verilməsi üzə çıxıb.
Məsələn, məhsulun təbii meyvələrdən hazırlandığı iddia olunsa da, siroplardan istifadə edildiyi ortaya çıxıb.
Bu pozuntulara görə müəssisə rəhbərliyinə inzibati cəza tətbiq edilib, içkilərdən nümunələr götürülərək laborator müayinələrə göndərilib və müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.