SOSİUM

16 Yanvar

Reabilitasiya xidmətləri alan əlilliyi olan şəxslərin sayı 11,9 minə yüksəlib

Finss.az - Prezident İlham Əliyevin tapşırıqları əsasında, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən sosial islahatların mühüm istiqamətləri arasında əlilliyi olan şəxslərin reabilitasiyası önəmli yer tutur. Bu sahədə son illərdə mühüm irəliləyişlər əldə edilib.

Ölkədə müasir reabilitasiya sistemi qurulub, yeni reabilitasiya mərkəzləri açılıb və xidmətlər qabaqcıl dünya təcrübəsinə uyğun genişləndirilib. İcma əsaslı, telereabilitasiya və səyyar reabilitasiya xidmətləri də tətbiq olunmağa başlanıb. Bunun nəticəsində, reabilitasiya xidmətləri alan əlilliyi olan şəxslərin sayı 2018-ci ildə 11,9 min nəfərdən 2024-cü ildə 123,3 minə qədər artıb.

Bundan əlavə, əlilliyi olan şəxslərə verilən reabilitasiya vasitələrinin sayı da əhəmiyyətli dərəcədə artırılıb. Dövlət büdcəsi hesabına verilən reabilitasiya vasitələrinin növləri 34-dən 130-a qədər artırılıb, illik verilən vasitələrin sayı isə 2,7 dəfə artaraq 97 minə çatıb.