SOSİUM

16 Yanvar

Ekoloji nəqliyyat təşəbbüsündə yeniliklər

Finss.az - Bakının Binəqədi qəsəbəsi, Gənclər şəhərciyi və “Qarant” yaşayış kompleksini "Memar Əcəmi", "20 Yanvar", "İnşaatçılar" metrostansiyaları və A.M. Şərifzadə küçəsi ilə birləşdirən 165 nömrəli marşrut üzrə avtobuslar yenilənir.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatına görə, yanvarın 16-dan sərnişinlərin istifadəsinə veriləcək 20 yeni "King Long" markalı orta tutumlu avtobus müasir və ekoloji cəhətdən təmiz CNG texnologiyası ilə təchiz olunub.

Yeni avtobusların istifadəyə verilməsi ilə bu marşrut üzrə hərəkət intervalı 7-8 dəqiqə təşkil edəcək. Avtobuslarda ödəniş yalnız nağdsız qaydada həyata keçiriləcək.

İctimai nəqliyyat sistemində sərnişinlərə daha keyfiyyətli xidmət göstərilməsi məqsədilə avtobus parkının yenilənməsi mərhələli şəkildə davam edir. Bu addım sərnişinlərin rahatlığını artırmaq və ətraf mühitin qorunmasına töhfə vermək məqsədini güdür.