SOSİUM

15 Yanvar

ARDNF işçilərinin idmanı üçün 650 min manat ayırır

Finss.az - Dövlət Neft Fondu (ARDNF), "Push 30" MMC ilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında müqavilə imzalayıb. Müqaviləyə əsasən, "Push 30" MMC Neft Fondunun əməkdaşlarına üç il müddətində bədən tərbiyəsi və idman xidmətləri göstərəcək. Bu xidmətlər üçün Neft Fondu şirkətə 650 min manat ödəyəcək.

Neft Fondunda 160 işçi çalışır və hər bir işçinin illik idman xərci 1 354 manat (aylıq 113 manat) təşkil edir. "Push 30" MMC 2019-cu ildə qeydiyyata alınıb və şirkətin qanuni təmsilçisi Adil Qasımovdur. Adil Qasımov, Pirallahı Rayon Məhkəməsinin hakimi Faiq Qasımovun oğludur.