Finss.az - Qubadlı rayonunun Mahruzlu kəndində tikinti və infrastruktura dair işlərə başlanılıb.
Kənddə qeyri-yaşayış binalarının, mühəndis kommunikasiya sistemlərinin (su, kanalizasiya, qaz xətləri, elektrik, rabitə şəbəkəsi və kənd daxili yollar) tikintisi həyata keçiriləcək. Bərpa işlərinin ümumi dəyəri 26,4 milyon manat proqnozlaşdırılıb.
Mahruzlu kəndi rayon mərkəzindən 19 kilometr məsafədə yerləşir və ərazisi 197 hektardır.