Finss.az - Lənkəran Dövlət Universitetinin 1 saylı tədris binasının həyətində baytarlıq klinikası inşa ediləcək. Klinikaya aid hazırlıq işləri artıq yekunlaşıb. Tikinti işləri AS-Təmir Tikinti MMC-yə həvalə edilib və müqavilə bağlanıb. Müqaviləyə əsasən, şirkətə 1,9 milyon manat ödənilib.
Qeyd edək ki, AS-Təmir Tikinti MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb və nizamnamə kapitalı 100 manatdır. Şirkətin qanuni təmsilçisi Mustafayev Anar Ağasəf oğludur.