SOSİUM

15 Yanvar

Bakıda 2040-cı ilə qədər tramvay şəbəkəsi 54,6 km-ə çatacaq

Finss.az - AYNA tərəfindən aparılan təhlillərə əsasən, Bakıda tramvay şəbəkəsinin genişləndirilməsi ilə bağlı müəyyən ərazilərin əlaqələndirilməsi üzərində işlər davam edir. İctimai Nəqliyyat Şöbəsinin müdiri Emin Məcidov bildirib ki, hazırda Mehdiabad ərazisindən Azadlıq prospekti boyunca və 28 May metrostansiyasına qədər tramvay xətti təşkili planlaşdırılır. Bu təhlillərə əsasən, hansı ərazilərdə tramvay xəttinin bərpasının daha effektiv olacağı müəyyən ediləcək.

Eyni zamanda, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətovun açıqlamasına görə, Bakıda tramvayların daha effektiv olacağı ərazilər artıq müəyyənləşdirilib. 2040-cı ilə qədər tramvay şəbəkəsinin ümumi uzunluğu 54.6 kilometr olacaq və 78 stansiya və dayanacaq yaradılacaq.