SOSİUM

13 Yanvar

Sosial müavinətlərin 52,7%-i kişilərə təyin olunub

Finss.az - Ötən il 151 mindən çox proaktiv sosial müavinət və təqaüd təyin olunub.

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) mətbuat xidmətindən verilən məlumata görə, 2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin edilib. Bu müavinətlərin 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.