SOSİUM

13 Yanvar

Maddi yardıma ehtiyacı olan valideynlərə aliment: Hüquqi tələblər və şərtlər

Finss.az - Aliment, yalnız boşanmış valideynlər arasında uşaqların saxlanılması üçün ödənilən məbləğlə əlaqəli deyil. Ailə Məcəlləsinə əsasən, həm də əmək qabiliyyətini itirmiş və maddi yardıma ehtiyacı olan valideynlərin övladları tərəfindən saxlanılması tələb edilir. Bu halda, əmək qabiliyyətli yetkinlik yaşına çatmış övladlar, maliyyə vəziyyətlərini nəzərə alaraq, aliment ödəmək öhdəliyi daşıyır.

Valideynlərdən biri övladından aliment almaq istədikdə, məhkəmə qərarı ilə bu ödənişlər müəyyən edilir. Aliment ödənilməsi barədə razılıq əldə olunmadıqda, məhkəmə tərəfindən ödənişin miqdarı və şərtləri müəyyən edilir.

Övladların, əmək qabiliyyəti olmayan valideynlərinə qulluq etməməsi, ağır xəstəlik, əlillik və ya digər hallarda əlavə xərclər ödəniləcəkdir. Məhkəmə bu xərcləri və miqdarı müəyyən edə bilər.

Eyni zamanda, ər və arvad arasında da aliment öhdəliyi mövcuddur. Əmək qabiliyyəti olmayan, maddi yardıma ehtiyacı olan tərəf, nikah dövründə və ya boşandıqdan sonra aliment tələb etmək hüququna malikdir. Bu vəziyyətlər arasında hamiləlik, uşağın doğulması, əlillik və digər hallarda alimentin ödənilməsi tələb oluna bilər.

Aliment ödəməkdən azad olma halları isə, spirtli içkilər, narkotik maddələrdən istifadəyə, cinayət əməli törədilməsinə və ya ləyaqətsiz davranışa əsaslanır. Aliment ödəməsi, şəxsin əmək qabiliyyəti bərpa olunduqda və ya digər həyat dəyişiklikləri ilə dayandırılır.