Finss.az - Baş nazir Əli Əsədov məqsədli proqramların həyata keçirilməsi və kvotadan əlavə iş yerlərinin yaradılması qaydalarını təsdiqləyib. Bu qaydalar, "Məşğulluq haqqında" qanuna edilən dəyişikliklərə əsaslanaraq hazırlanıb və Nazirlər Kabinetinin qərarı ilə qüvvəyə minib.
Milli Məclisin deputatı Vüqar Bayramov bildirib ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yaxın 3 ayda sosial müdafiəyə ehtiyacı olan şəxslər üçün iş yerlərinin yaradılmasına ayrılacaq vəsaitin məbləğini müəyyən edəcək.
Yeni qaydalar iş axtaranlara minimum 400 manat əməkhaqqı təmin edəcək və kvotadan əlavə 15 min iş yeri yaradılacaq. Bu iş yerlərinin maaşları dövlət tərəfindən ödəniləcək, bu da işsizlərin daha qısa müddətdə işlə təmin olunmasına kömək edəcək.