Finss.az, "Azəriqaz" İB-nin məlumatına istinadən xəbər verir ki, smart kart tipli qaz sayğaclarının limitləri dekabrın 31-dən yanvarın 1-nə keçən gecə avtomatik yenilənəcək.
Mexaniki sayğacların limit yenilənməsi isə 5-6 yanvar tarixinə qədər davam edə bilər.
"Azəriqaz"ın rəsmisi Eldəniz Vəliyev bildirib ki, bu müddət ərzində abonentlər narahat olmamalıdır. Limit yenilənməsi geciksə belə, abonentlərin 365 gün üçün təyin olunmuş tarifi qorunur.
Dekabrın 31-i saat 00:00-dan sonra edilən ödənişlər 12 qəpik tarifindən hesablanacaq.