SOSİUM

20 Dekabr

Vəsait çatışmazlığına görə tikinti dayanıb

Finss.az, "Bakı Metropoliteni"nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun açıqlamalarına istinadən xəbər verir ki, stansiyanın tikintisi müvəqqəti olaraq vəsait çatışmazlığı səbəbindən dayandırılıb. Lakin o, bu dayanmanın tikintinin tamamilə dayandırılması anlamına gəlmədiyini və işlərin davam etdiriləcəyini vurğulayıb.

Hazırda, stansiyanın inşasının əsas ağır mərhələsi tamamlanıb. 4 mərhələli inşaatın qazıntı işləri bitirilib və inşaatın tamamlanmasına başlanılıb. Stansiyanın mərmər üzlüyü və dizayn işləri üzərində hazırlıq işləri görülür. Bundan əlavə, stansiyanı "8 Noyabr" stansiyasına birləşdirən yol infrastrukturu, o cümlədən dəmir-beton yol hissəsi və relslər qurulub. Elektrik sistemi və təmas relslərinin quraşdırılması hələlik həyata keçirilməlidir. Eskalatorlar və havalandırma sisteminin qurulmasına da hazırlıq görülüb.